Maliyyə bazarlarında son vəziyyət - 02.03.2020

02 Mart 2020

Bu həftə maliyyə bazarlarında qiymətlər Çindən artıq açıqlanan və ABŞ və Avrozonadan açıqlanacaq fundamental göstəricilərin təsiri altında olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 02.03.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında Koronavirusunun iqtisadi təsirləri fonunda şənbə günü Çindən artıq ilkin mənfi göstəricilərin açıqlanıb. Bu baxımından, bu həftə ABŞ və Avrozonanın sənaye və xidmət sektorlarında da biznes aktivliyi ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər diqqət mərkəzində olacaqdır. Çərşənbə axşamı saat 14:00-da Avrozonadan inflyasiya və cümə günü saat 17:30-da əmək bazarına dair göstəricilər də önəmli rol oynayacaqdır. Bütün bunlar FED ilə yanaşı, digər ölkələrdə də faiz azaldılması ehtimallarını da artırır.

EUR/USD məzənnəsi formalaşan cari gözləntilər fonunda ucuzlaşmağa başlayıb və 1.11$-ın altında qalarsa, yenidən 1.09$-a kimi ucuzlaşa bilər. 


GBP. 

GBP/USD məzənnəsi də İngiltərə ilə AB arasında ticarət sazişi danışıqlarının sərt bəyanatlar şəraitində keçəcəyi gözləntiləri ilə təzyiq altında qalmaqdadır. Təhlillərə əsasən, funtun qiyməti 1.29$-ın altında qalarsa, 1.26$-a kimi də ucuzlaşa bilər. 


TRY. 

Lirə ucuzlaşmaqda davam edir və təhlillər USD/TRY məzənnəsinin 6.33TL-yə kimi bahalaşa biləcəyini ehtimal etməyə əsas verir. 

Çərşənbə axşamı saat 11:00-da Türkiyənin inflyasiyasına dair açıqlanacaq göstəricilər də investorların diqqət mərkəzindədir. 


OIL. 

Enerji birjalarında neft qiymətləri yenidən bahalaşmağa başlayıb. Keçən həftə ərzində 18% dəyər itirən Avropanın Brent neftinin qiyməti, cümə günü 49$-da dəstək görərək, bahalaşmağa başlayəb və sonuncu səviyyənin üzərində qalarsa, yenidən 57$-a kimi dəyər qazana bilər. 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti də 1563$-da dəstək görərək, dəyər qazanmaqdadır və 1608$-ı qırarsa, 1658$-a kimi bahalaşa bilər.