Maliyyə bazarlarında son vəziyyət - 09.03.2020

09 Mart 2020

Avrozona və İngiltərədən açıqlanacaq önəmli fundamental göstəricilər, AMB-nin faiz qərarı və neftin sürətli ucuzlaşması diqqət mərkəzindədir.

Maliyyə bazarlarında son vəziyyət - 09.03.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında cümə axşamı Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı açıqlaması öncəsi, EUR/USD məzənnəsi bahalaşmaqda davam edir. Dünya iqtisadiyyatında risklərin artdığı bir vaxtda, bankın Avrozona iqtisadiyyatına dəstək olmaq üçün siyasətini daha da yumşalda bilər. Bu, avronun yenidən ucuzlaşmasına təsir edə bilər. 

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan açıqlanacaq iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində olacaqdır. 


GBP. 

İngiltərə hökümətinin çərşənbə günü açıqlayacağı yeni büdcə öncəsi GBP/USD məzənnəsi bahalaşmaqda davam edir. Həmin günü saat 13:30-da iqtisadi inkişaf, sənaye istehsalı və ticarət dövriyyəsi ilə bağlı dərc ediləcək göstəricilər də məzənnəyə təsiri baxımından önəmli olacaqdır. 


TRY. 

USD/TRY məzənnəsi 6.15TL-nin üzərində ticarət edilməkdədir və 6.20TL-nin yuxarı istiqamətdə qırılması ilə 6.25TL-yə kimi də bahalaşa bilər. 


OIL. 

Enerji birjalarında Brent markalı neftin bir barel qiyməti 31$-a kimi dəyər itirib və 37$-ın altında qaldıqca, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Səudiyyə Ərəbistanı ilə Rusiya arasında bazara ucuz şist neftinin çıxarılmasına qarşı mübarizədə neft hasilatının daha da azaldılması mövzusunda razılığa gələ bilməmələri və ayın sonunda bugünə kimi razılaşdırılan bütün sazişlərin müddətinin bitməsi, qiymətlərə təsir edən əsas səbəbdir. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti 1700$-a (54.8 $/qram) kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Təhlillərə əsasən, qiymət 1642$-ın (52.8 $/qram) üzərində qalarsa, yenidən bahalaşmağa başlaya bilər.