Maliyyə bazarlarında son vəziyyət - 30.03.2020

30 Mart 2020

Dünya birjalarında bu həftə dollara olan tələbin azalması, neftin ucuzlaşması və qızılda sonuncu bahalaşma diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 30.03.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında Amerika hökümətinin iqtisadi inkişaf paketinin qəbul edəcəyinə dair xəbərlərdən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması müşahidə edilir. Bu, dollara ehtiyat valyuta kimi tələbin azalmasına səbəb olur. 

EUR/USD məzənnəsi də son bir həftədir bahalaşmaqdadır və 1.10$-ın üzərində qaldıqca, 1.14$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiya və cümə günü saat 16:30-da ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır. 


GBP. 

GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir. Burada isə təhlillər funt sterlinqin 1.25$-ın üzərində möhkəmlənməsi şərti ilə 1.30$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 

Çərşənbə axşamı Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən də önəmli - iqtisadi inkişaf göstəriciləri açıqlanacaqdır. 


TRY. 

USD/TRY məzənnəsində 6.50TL-nin qırılmaq üzrə olması müşahidə edilir və bunun baş verməsi ilə bahalaşmanın 6.61TL-yə kimi də davam edəcəyi proqnozlaşdırılır. 


OIL. 

Enerji birjalarında Brent markalı neftin bir barel qiyməti 24$-ın altında dalğalanmaqdadır və 27$-ın altında qaldıqca, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. 

Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında dövriyyənin kiçilməsi, neftə olan tələbi də azaldır. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 1643$-ın (52.8 $/qram) qırılması ilə bahalaşma davam edə bilər və növbəti ən yaxın hədəflər 1703$-dır (54.8 $/qram).