Maliyyə bazarlarında son vəziyyət - 13.04.2020

13 Aprel 2020

Bu həftə avro və funtun qiymətlərində müşahdə edilən son bahalaşma dalğasının ardı və ABŞ-dan açıqlanacaq sənaye indeksi önəmli rol oynayacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 13.04.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftənin maksimum səviyyəsində -1.09-a ticarət edilir. Texniki təhlilərə əsasən, məzənnə 1.08$ dəstək səviyyələri üzərində qaldıqca, bu həftə də bahalaşmaqda davam edə bilər. 

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da Amerikanın sənaye sektoru ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər də avro/dollar qiymətinə təsiri baxımından investorların diqqət mərkəzindədir. 


GBP. 

GBP/USD məzənnəsi isə aprel ayının maksimum səviyyəsində ticarət edilməkdədir. Digər tətəfdən qeyd etmək lazımdır ki, neft qiymətlərində məhdud bahalaşma dinamikası da funtun qiymətlərinə təzyiq ola bilər. 

Beləliklə, enerji birjalarında qiymət tendensiyaları da məzənnənin gələcək trendi fonunda önəmli rol oynamaqdadır. 


TRY. 

USD/TRY məzənnəsi 2018-ci ilin sentyabr ayından etibarən ən yüksək səviyyələrində dalğalanmaqdadır. 

Türkiyədə xarici investisiyaların azalması və nəticədə inflyasiyanın yenidən artması riskləri, lirəyə təzyiqlərin daha artmasına səbəb olur. 


OIL. 

Enerji birjalarında dayanıqlı neft qiymətlərinin təmin edilməsi istiqamətində neft ölkələri tədbirlərinin məhdud təsiri, Avropanın Brent markalı neftinin bir barel qiymətinin 36$-da müqavimətlə rastlaşmasına səbəb olmaqdadır. Bu, cümə günü müşahidə edilən ucuzlaşmanın 28$-a kimi dərinləşməsinə səbəb ola bilər. 

Çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatlarına dair önəmli fundamental göstəricilər də böyük maraqla izlənilir. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 1703$-ın (54.8 $/qram) qırılması ilə bahalaşma daha da sürətlənə bilər və növbəti ən yaxın hədəf son 7 ilin maksimum səviyyəsi 1754$-dır (56.4 $/qram).