Maliyyə bazarlarında son vəziyyət - 27.04.2020

27 Aprel 2020

Bu həftə Amerika və Avrozona iqtisadiyyatlarına dair iqtisadi göstəricilər, bank faiz qərarları və neftin gələcək trendi diqqət mərkəzində olacaqdır

Maliyyə bazarlarında son vəziyyət - 27.04.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında bu həftə dərc ediləcək önəmli fundamental məlumatlarla zəngin dövr olacaqdır. Xüsusilə də Amerika və Avropa mərkəzi banklarının gələcək monetar siyasətlərinə dair açıqlamaları diqqət mərkəzindədir. 

Avro/Dollar məzənnəsi 1.09$-ın altında qaldıqca, 1.06$-a kimi ucuzlaşacağı ehtimalları da güclü olaraq qalır. 


GBP. 

Bu həftə İngiltərə iqtisadiyyatı ilə bağlı önəmli göstəricilərin yayımlanması gözlənilməsə də enerji birjalarında neftin gələcək qiyməti GBP/USD məzənnəsinə təsiri baxımından diqqət mərkəzində olacaqdır. Keçən həftə 1.25 və 1.24$-da müqavimətlə rastlaşan funtun qiyməti sözügedən dəhlizin altında qaldıqca, daha da - 1.22$-a kimi ucuzlaşa bilər. 


TRY. 

USD/TRY məzənnəsi isə son bir ilin maksimumunda dalğalanmaqda davam edir. Texniki analizlər üzrə proqnozların ağırlığı məzənnənin 7.10TL-yə kimi bahalaşacağı istiqamətindədir. 

Bununla yanaşı, gələn həftə dərc ediləcək inflyasiyaya dair proqnozlar da ölkədə qiymətlərin artmayacağı istiqamətindədir və bu, lirədə ucuzlaşma dinamikasının zəifləməsinə də səbəb ola bilər. 


OIL. 

Qlobal iqtisadiyyat üzrə fundamental göstəricilərin mənfi açıqlanması, enerji birjalarında neft qiymətlərinə də təzyiq edir. Brent neftinin bir barel qiyməti hazırda 21$-a ticarət edilir və 23$-da güclü müqavimətlə rastlaşır. Beləliklə, gələcək trend həm həftə ərzində açıqlanacaq iqtisadi statistik, həm də çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilərdən asılı olacaqdır. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın qiyməti də qlobal iqtisadiyyata dair göstəricilərdən asılı olaraq, dalğalanmaqdadır.  üzrə qiymətində ucuzlaşma müşahidə edilir. Keçən həftənin əvvəlində 1660$-da (53.4 $/qram) dəstək görən qiymət, bu gün 1723$-a (52.4 $/qram) təklif edilir və son 7 ilin maksimumu qırılarsa, 1796$-a (57.8 $/qram) kimi də dəyər qazana bilər.