Maliyyə bazarlarında son vəziyyət - 18.05.2020

18 May 2020

Bu həftə Avrozona və İngiltərənin sənaye və xidmət sektorları və TCMB-nin gələcək monetar siyasətinə dair açıqlanacaq önəmli göstəricilər önəmli olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 18.05.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında son aylar qlobal iqtisadiyyatda risklərin artmasına təsir edən amillərin aradan qalxmasından sonra avronun ucuzlaşması dinamikası da zəifləyib. Bu həftə açıqlanacaq Avrozonanın sənaye və xidmət sektorlarına dair önəmli fundamental göstəricilər isə hazırda 1.08$-a ticarət edilən EUR/USD məzənnəsinin bahalaşmasına da səbəb ola bilər. 


GBP. 

1.19$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılan GBP/USD məzənnəsində də dinamika bu həftə açıqlanacaq sənaye və xidmət sektorları ilə bağlı önəmli göstəricilər fonunda zəifləyə bilər. 

Bununla yanaşı, Breksit iqtisadi sazişi fonunda Avropa Birliyi ilə danışıqlar da investorların diqqət mərkəzindədir. 


TRY. 

USD/TRY məzənnəsində son bir həftə ərzində müşahidə edilən ucuzlaşma davam edir və 6.77TL-yə kimi dərinləşə bilər. 

Cümə axşamı Türkiyə Mərkəzi Bankının (TCMB) Bakı vaxtı ilə saat 15:00-da dərc edəcəyi faiz qərarı da böyük maraqla gözlənilir. 


OIL. 

Dünya iqtisadiyyatında neftə olan tələbin güclənəcəyi ehtimallarının artması ilə Brent nefti dəyər qazanmaqda davam edir. Təhlillərə əsasən, bir barelin qiyməti 31$-ın üzərində qaldıqca, 40$-a kimi dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın qiyməti dəyər qazanmaqda davam edir və bahalaşma texniki səbəblərlə əlaqədardır. Beləliklə, bir unsiya üzrə qiymət 1780$ (57.2 $/qram) və 1796$ (57.7 $/qram) kimi də dəyər qazana bilər.