Maliyyə bazarlarında son vəziyyət - 16.06.2020

16 İyun 2020

Bu həftə Almaniya iqtisadiyyatına dair gözləntilər, İngiltərə Mərkəzi Bankının monetar siyasət qərarı və neft-qızıl qiymətləri diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 16.06.2020

EUR. 

Beynəlxalq birjalarda Almaniya iqtisadiyyatı fonunda gözləntilərin artması, EUR/USD məzənnəsinin bahalaşmasına səbəb olub. Bununla yanaşı, Amerika Mərkəzi Bankının (FED) da yerli iqtisadiyyata dəstək olmaq məqsədilə istiqraz alışı və kredit proqramını genişləndirməsinə dair açıqlamaları da avronun bahalaşmasına səbəb olacağı proqnozlaşdırılır. Hazırda 1.14$-ın altında təklif edilən məzənnə, 1.14$-ın qırılması ilə 1.16$-a kimi bahalaşa bilər. 


GBP. 

Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, özünü GBP/USD məzənnəsində də bahalaşma dalğası ilə göstərə bilər. Təhlilərə əsasən 1.27$-ın qırılması ilə bahalaşma 1.30$-a kimi davam edə bilər. 

Bununla yanaşı, cümə axşamı günü Bakı vaxtı ilə saat 15:00-da yayımlanacaq İngiltərə Mərkəzi Bankının gələcək monetar tədbirlər planı da investorların diqqət mərkəzindədir. 


TRY. 

USD/TRY məzənnəsi isə son üç həftənin önəmli müqavimət səviyyəsinin üzərində möhkəmlənməyə çalışdığının şahidi oluruq. Bunun baş verəcəyi təqdirdə, Dolların Lirəyə nisbətən qiyməti yenidən 7TL-yə kimi bahalaşa bilər.


OIL. 

Qlobal iqtisadiyyatda canlanma ehtimalları və FED-in iqtisadi dəstək proqramı, enerji birjalarında neft qiymətlərinə də yenidən dəstək olmaqdadır. Beləliklə, son bir həftə ərzində 15% dəyər itirən Avropanın Brent neftinin bir barel qiymətinin, gələcək günlər ərzində 40-37$ aralığında dalğalanacağı proqnozlaşdırılır. 

Çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir. 


GOLD. 

Qlobal iqtisadiyyatda canlanma gözləntiləri, əlvan metallar bazarlarında qızıla olan tələbin məhdudlaşmasına səbəb olub. Beləliklə, son bir həftə ərzində 4% dəyər qazanan bir unsiya üzrə qiymət, yenidən 1723$-ın (55.4 $/qram) aşağı qırılması ilə 1700-a (54.8 $/qram) kimi dəyər itirə bilər.