Maliyyə naziri Breksit fonunda xəbərdarlıq edib

21 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında investorlar tərəfindən böyük maraqla izlənilən Breksit hadisəsinə İngiltərənin maliyyə naziri də narahatlığını bildirib.

Maliyyə naziri Breksit fonunda xəbərdarlıq edib

İngiltərənin maliyyə naziri Filip Hammond Breksiti iqtisadiyyat üzərində "böyük qara bulud" adlandırıb. Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasına beş həftə qalmış özəl şirkətlər üçün qeyri-müəyyən şərait pis haldır, deyə Hammond cümə axşamı müsahibəsində bildirib. 


Bununla yanaşı nazir birlik ilə hökümətin saziş imzalamaması fonunda da xəbərdarlıq edib. Bu, ölkənin bütün həyat sferasında xaosa səbəb olacaqdır.