Mario Draqi: İqtisadi inkişafın zəifləməsi normaldır

27 Noyabr 2018

Avropa Mərkəzi Bankının sədri Draqi bazar ertəsi parlament qarşısında çıxışı zamanı, iqtisadi inkişafın zəifləməsini təbii proses adlandırıb.

Mario Draqi: İqtisadi inkişafın zəifləməsi normaldır

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi zəif iqtisadi inkişafa baxmayaraq, yumşaq monetar siyasətdən uzaqlaşmağı planlaşdırır. Sədr iqtisadi inkişaf səviyyəsinin zəifləməsini təbii hesab edir. Bununla yanaşı, o, Avropada ümumi müəyyən olunan, borc səviyyəsinə hörmətlə yanaşılmasını tələb edir - İtaliya hökümətinə ünvanlanmış mesaj: "Biz ümumi qaydalarımıza qarşı güvəni artırmalıyıq və hörmət etməliyik".


AMB-nin idarə heyəti dekabr ayında trilyonluq istiqraz alışı proqramını dayandırmaq istəyir, deyə Mario Draqi bazar ertəsi Avropa parlamenti qarşısında çıxışı zamanı bildirib. 


Draqi bildirir ki, inkişafın son mərhələlərində artımın qismən azalması normaldır. "Zəifləmənin bir qismi artıq bitib", deyə AMB sədri əlavə edib. Avrozonanın ÜDM-ində artım dinamikası üçüncü rübdə son dörd ildə müşahidə edilən ən aşağı səviyyədə olub. İdarə heyətinin üzvü Sabine Lautenşleqer isə gələn ildə - yay və ya payızda - faiz artımının da olacağını proqnozlaşdırır.