Mario Draqi: Səbrli və əzmkar olmalıyıq

27 Fevral 2018

AMB sədri Avropa Parlamentində çıxışı zamanı iqtisadi inkişafın artması fonunda inflyasiyanın da hədəfə çatmasını gözləməyin önəmliyini vurğulayıb.

Mario Draqi: Səbrli və əzmkar olmalıyıq

Avropa Mərkəzi Bankının (AMB) sədri bazar ertəsi çıxışı zamanı da cari yumşaq monetar siyasəti ilə bağlı az məlumat verib. Avrozonada iqtisadiyyatında güclü inkişaf inflyasiyanın planlaşdırılan müddət ərzində hədəflərə çata biləcəyi gözləntilərini yüksəltsə də, səbrli davranmaq önəmlidir, deyə Mario Draqi bazar ertəsi Brüsseldə Avropa Parlamentində çıxışı zamanı bildirib. Sədr əlavə edib ki, inflyasiyanın dayanıqlı inkişafından əmin olmaq üçün güclü göstəricilər lazımdır. 

Avrozonada işsizlik azalır, iqtisadi inkişaf dinamikası da dayanıqlı səviyyədədir. AMB inflyasiyanın da orta sürətdə olsa belə, artmaqda davam edəcəyini proqnozlaşdırır. Lakin bunlarla yanaşı dəyişməyən bəzi qeyri-müəyyənliklər mövcuddur. Belə ki, maliyyə bazarlarında dalğalanmalar və məzənnələr diqqətlə izlənilməlidir. Burada xüsusilə də fervral ayının əvvəlində müşahidə edilən dalğalanmalar və avronun bahalaşmasına işarə edilib. 

Qeyd etmək lazımdır ki, AMB artıq qismən zəif yumşaq monater siyasətə yaxınlaşmaqdadır. Mütəxəssislər də yumşaq monater siyasətdən uzaqlaşmağın ehtiyatlı və yavaş olacağını gözləyirlər. Belə bir keçidə ilk olaraq, monetar siyasət ilə bağlı ifadələrin dəyişməsi olacaqdır. Bu isə AMB-nin gələn həftənin cümə axşamı baş tutacaq növbəti toplantısı zamanı baş tuta bilər.