Mario Draqinin çıxışı və Avronun ucuzlaşması

28 Yanvar 2019

Dünya valyuta birjalarında avronun qiyməti bahalaşsa da AMB sədri Mario Draqinin parlamentdə çıxışından sonra yenidən ucuzlaşmağa başlayıb.

Mario Draqinin çıxışı və Avronun ucuzlaşması

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqinin çıxışından sonra gün ərzində 1.1423$-a kimi bahalaşan EUR/USD məzənnəsi müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb. 


Hal-hazırda 1.1410$-a ticarət edilən məzənnə 1.1400$ dəstək səviyyəsini qırmalı olacaq. Bundan sonra ucuzlaşma 1.1387$-a kimi davam edə bilər. 


Təhlillərə əsasən, yuxarıdakı senari baş vermədiyi təqdirdə, qiymət yenidən bahalaşaraq, artım dalğasını bərpa edə bilər. Lakin bunun üçün alış mövqeyini gözləyən "Buğa"-lar 1.1425/30$ səviyyələrinin qırılmasını gözləyirlər.