Mario Draqinin konqresdə çıxışı diqqət mərkəzində

17 Noyabr 2017

Bu gün AMB-nin təşkil etdiyi konqresdə sədr Mario Draqinin “Avropa yeni dövrdə və imkanlar” mövzusunda danışacaq.

Mario Draqinin konqresdə çıxışı diqqət mərkəzində

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti ABŞ prezidenti Donald Tramp ətrafında qalmaqalların dünya mediasında yenidən artması fonunda 0.5% ucuzlaşıb.

Belə ki, EUR/USD məzənnəsi 1.1821$, GBP/USD 1.3243$-a kimi bahalaşıb. Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 3.85TL-ə kimi 1% ucuzlaşıb. Bununla yanaşı, Avropanın Brent markalı neftinin bir barel qiyməti 61$, qızılın bir unsiya üzrə qiyməti isə 1285$-a ticarət edilməkdədir.

Bu gün Bakı vaxtı ilə saat 12:30-da baş tutacaq konqresdə “Avropa yeni dövrdə və imkanlar” mövzusunda Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqinin çıxışı da investorların diqqət mərkəzindədir.