Mark Karneyin çıxışı və GBP/USD

12 Fevral 2019

Beynəlxalq valyuta birjalarında bu gün GBP/USD məzənnəsində güclü dalğalanmaya təsir edə biləcək hadisə, Karneyin çıxışıdır.

Mark Karneyin çıxışı və GBP/USD

Bildiyiniz kimi, dünən GBP/USD valyuta cütlüyündə fevral ayının 7-i qeydə alınmış lokal minimumun yenilənməsi qeydə alındı. Bu gün isə Britaniya funtunun istiqamətinə təsir edəcək əsas xəbər Britaniya Mərkəzi Bankının rəhbəti Mark Karneyin çıxışı gözlənilir. Çıxış Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq və səsləndirilən fikirlərdən asılı olaraq, bazarda daha sürətli hərəkətlilik gözlənilir.


Baxmayaraq ki, qiymətlər 1.2830 səviyyələrini test etməyə can atır. Qiymət bu səviyyənin altında qalmadığı təqdirdə, məlum fundamental xəbərdən sonra bazarda geri hərəkətlilik başlaya bilər. Yuxarı istiqamətdə hərəkət başlasa, qiymətlər 1.2990 səviyyələrinə qədər bahalaşa bilər.


Aşağı hərəkət sürətlənərsə 1.2790 və 1.2765 səviyyələrinə qədər eniş müşahidə oluna bilər.