Meksika ABŞ və Kanada ilə ticarət sazişini qəbul etdi

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ Kanada və Meksika arasında azad ticarət sazişinin qəbul olunması investorların diqqət mərkəzində.

Meksika ABŞ və Kanada ilə ticarət sazişini qəbul etdi

Meksika ilk ölkə olaraq ABŞ və Kanada ilə "USMCA" yeni azad ticarət sazişisini ratifikasiya edib. Senat çərşənbə günü 114 səs ilə qəbul edib. 4 səs qarşı olub. 


Üç ölkənin dövlət və hökümət başçıları "USMCA" sazişini noyabr ayında G20 zirvə toplantısı ərəfəsində imzalamışdılar. Saziş dünyada ən böyük sazişlərdəndir və 500 milyon insanı, 23 trilyon dollar həcmində iqtisadi gücü əhatə edir. 


Təqribən iki həftə əvvəl Meksika ilə ABŞ Donald Tramp əlavə gömrük rüsumları ilə təhdid etdikdən sonra müvəqqəti maddələr üzrə razılaşmışdılar. Meksika qanunsuz miqrantlara qarşı daha sərt tədbir görəcəyini öhdəsinə götürmüşdü.