Meksikada inflyasiya zəif azalıb

09 Yanvar 2020

Meksikada inflyasiya proqnozlaşdırılandan az azalması, investorlar tərəfindən müsbət qiymətləndirilir.

Meksikada inflyasiya zəif azalıb

Meksikanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi dekabrda illik müqayisədə 2.83% artıb. İqtisadçılar isə bu göstərici noyabrda 3% açıqlandıqdan sonra 2.76%-ə düşəcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, Meksika kimi inkişaf etməkdə olan ölkələrdə iqtisadi risklərin yüksək olması, inflyasiyada da yüksək dalğalanmalara səbəb olur və 2% ətrafında aşağı dinamika müsbət qiymətləndirilir.