Breksit: Merkel ilə Mey fikir mübadiləsi aparıb

25 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında investorların diqqət mərkəzində olan önəmli hadisələr arasında İngiltərənin AB-ni tərk etməsinin razılaşdırılmasıdır.

Breksit: Merkel ilə Mey fikir mübadiləsi aparıb

Almaniyanın Kansleri Anqela Merkel İngiltərə baş naziri Tereza Mey ilə mart ayının ortalarında planlaşdırılan yeni Breksit planının London parlamentində sonuncu səsverməsi haqqında fikir mübadiləsi aparıb. İki lider arasında görüş AB ilə Ərəb Liqası arasında baş tutan zirvə toplantısında olub. Bu haqda məlumatı Almaniya höküməti verib. 


Zirvə toplantısının əsas mövzuları Avropanın ərəb dünyası ilə münasibətləri və Suriya ilə İraqda vəziyyətdir. İki günlük toplantı Yəmən ilə Liviyadaki siyasi böhranların müzakirələri ilə davam edəcəkdir. 


İngiltərə parlamentində bu həftə AB ilə İngiltərə höküməti arasında razılaşdırılan yeni Breksit sazişi səsverməsinin olması gözlənilmir. Lakin mart ayının 12-ə kimi planlaşdırılacağını isə baş nazir bazar günü açıqlamışdı. AB-dən mart ayının 29-da razılaşdırılmış şəkildə ayrılmaq planı uzaqdır. 


Bu həftə isə növbəti Breksit addımları haqqında parlament səsverməyə gedəcək.