Mərkəzi bank xəbərləri

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%

Mərkəz Bank bir ölkənin pul siyasətini həyata keçirən təşkilatdır. Mərkəz Bankın ən güclü alətlərindən sayılan rəsmi faiz nisbəti ilə ölkədə pul dövriyyəsinə nəzarət edilir. Bəzi Mərkəzi Banklar isə ölkənin valyuta məzənnəsinin bazarlarda təsirli olmasını təmin etmək üçün birbaşa idarə etmək məqsədiylə valyuta məzənnəsini özü təyin edir.Avropa Mərkəzi Bankı, İngiltərə Bankı, Çili Mərkəzi Bankı, Avstraliyanın Ehtiyat Bankı, Kanada Bankı, Hindistanın Ehtiyat Bankı, Kolumbiya Respublikası Bankı, Norveç Mərkəzi Bankı və ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) günümüzün müstəqil mərkəzi bank nümunələridir. Mərkəzi Bankın başlıca funksiyaları pul siyasətinin həyata keçirilməsi, ölkənin ümumi pul təchizatının idarəsi, hökumət və bankların bankı (son kredit orqanı) olmaq, ölkənin valyuta və qızıl ehtiyatlarının idarəsi, bank sektorunun təşkili və nəzarət edilməsi, rəsmi faiz nisbətini, inflyasiya və ölkənin valyuta məzənnəsini təyin etmək və valyuta məzənnəsinin müxtəlif siyasət mexanizmləri vasitəsilə bazarlarda təsirli olmasını təmin etməkdir.