Mey Breksit kompromisi tapmağa məcbur qalıb

03 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında sazişsiz Breksit ehtimallarının yenidən azalması təsir edən yeni xəbərlər gündəmdə.

Mey Breksit kompromisi tapmağa məcbur qalıb

İngiltərənin baş naziri Tereza Mey müxalifətə Breksit güzəşt təklifindən sonra çərşənbə günü deputatların suallarını cavablandıracaq. Bakı vaxtı ilə saat 16:00-da planlaşdırılan parlamentdə sual cavab zamanı baş nazirin öz partiya siralarından da müqavimətlə rastlaşa biləcəyi gözlənilir. 


Mey üzv olduğu partiyasında yeddi saatlıq müzakirələrdən sonra Avropa birliyindən ayrılmaq (Breksit) vaxtının uzadılması ilə bağlı müraciət edəcəyini açıqlayıb. Bununla da müxalifət lideri Ceremi Corbin ilə də müzakirələrə başlamaq istəyir. 


Qeyd etmək lazımdır ki, Meyin april ayının 12-də sazişsiz Breksitə gedəcəyini açıqlamasından sonra öz partiyası da daxil olmaqla güclü müqavimətlə rastlaşmağa başlayıb. Müxalif "Labour" partiyası ilə güzəştə getmək isə Böyük Britaniyanın AB-nin gömrük sazişində qalacağı ehtimallarını artırır. Lakin bu senariyə qarşı da parlamentdə, xüsusilə də "Tory" fraksiyasında kifayət qədər əleyhdar mövcuddur.