Mey istefa verir

24 May 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərənin baş naziri Tereza Meyin partiya sədrliyindən istefa verəcəyini açıqlaması investorların diqqətini cəlb edib.

Mey istefa verir

İngiltərə baş naziri Tereza Mey istefa verir. Baş nazir cümə günü verdiyi açıqlamasında iyun ayının 7-də mühafizəkarlar partiyasında sədrlik postunu tərk edəcəyini və xələfinin seçilməsi üçün şərait yaradacını bildirib. 


Lakin baş nazir vəzifəsini namizəd seçilənə kimi icra edəcəkdir. Ölkəni Avropa birliyindən ayırmaq üçün başqa nazirin seçilməsi daha məsləhətlidir. 


Qeyd etmək lazımdır ki, keçmiş xarici işlər naziri Boris Conson, sərt breksit tərəfdarı ən güclü namizəd hesab edilir. Partiya daxilində mübarizə isə iyun ayının 10-dan etibarən başlayacaqdır.