Mey: Martın 29-da Breksit baş tutacaq

25 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında da həftə sonu Breksit mövzusunda xarici mediada aparılan bir çox spekulyasiyalar diqqət mərkəzində olub.

Mey: Martın 29-da Breksit baş tutacaq

Həmişə olduğu kimi, ötən həftə sonu da Breksit mövzusu üzərində bir çox spekulyasiyalar aparılıb. 

 

“Telegraph” məlumat verib ki, hökumət Brüsselə rəsmi müraciət etmək istəyir ki, əgər 12 marta qədər parlamentdə layihə təsdiq olunmazsa, Breksit tarixi iki ay geri çəkilsin.

 

“Guardian” yazır ki, AB rəsmiləri Breksitin 2021-ci ilə qədər uzadılmasına çalışırlar.

 

Lakin Tereza Mey bütün bu ümidləri qıraraq açıqladı ki, 12 marta qədər parlamentdə daha bir səsvermə keçirəcək və 29 martda İngiltərənin AB-dən çıxması artıq həll olunmuş olacaq.