Mey: Saziş qəbul edilməsə, Breksit tarix ola bilər

13 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla izlənilən Breksit prosesi fonunda yayımlanan xəbərlər investorların diqqət mərkəzindədir.

Mey: Saziş qəbul edilməsə, Breksit tarix ola bilər

İngiltərə baş naziri Tereza Mey parlamentdə çıxışı zamanı bildirib ki, Breksit sazişi qəbul edilməzsə, Breksit də ləğv edilə bilər. 


Bununla yanaşı, hökümətin saziş əldə edilməsi üçün çox iş sərf etdiyini əlavə edib. 


Qeyd etmək lazımdır ki, çərşənbə axşamı aşağı palata Meyin Avropa Birliyi ilə əldə etdiyi Breksit razılaşmasını, ikinci dəfə qəbul etməyib. Bu gün isə sazişsiz Breksit səsverməyə qoyulacaqdır.