Mey yeni Breksit sazişini təqdim edir

22 May 2019

Böyük maraqla gözlənilən yeni Breksit sazişi İngiltərə baş naziri Tereza Mey tərəfindən təqdim edilib və ilkin açıqlamalar verilib.

Mey yeni Breksit sazişini təqdim edir

Gələn ay parlamentdə dördüncü dəfə səs verməyə çıxarılması gözlənilən Breksit planını, İngiltərənin baş naziri Tereza Mey yeni Breksit sazişi adlandırıb və saziş ikinci referenduma, ölkənin AB ilə gömrük ittifaqında qalmasının səs verməyə çıxarılmasına da icazə verir. Təqdimatda aşağıdakılar deyilib: 


Yeni Breksit razılaşması aşağı palatanın danışıqların növbəti mərhələsi üzrə hədəfləri təsdiq etməsi mahiyyətini daşıyır;


Müxalif "Labour" partiyasi ilə əmək hüquqları mövzusunda suallarda ciddi irəliləyişlər əldə edilib;


Yeni Breksit sazişi işçilərin təhlükəsizliyinə dair yeni imkanlar vəd edir;


İşə götürmə ilə bağlı yeni qanunlar tətbiq ediləcəkdir;


Yeni saziş ətraf mühitin qorunmasına dair dəyişikliklərə qarantiya deyil; 


Yeni saziş höküməti axıcı ticarətin təşkililə və daxili bazardan kənarda sərbəstliyin qarşısını almaqla səlahiyyətləndirir;


Minlərlə iş yerlərini qoruyacaqdır;


Mühafizəkar deputatlara xitab edilir: Bekstopda dəyişiklik mümkün deyildir;


Yeni saziş hökümətdən bekstopa dair alternativlər tapmasını tələb edir;


Yeni saziş Böyük Britaniyanın bütövlüyünü qoruyan dəyişikliklərə səbəb olacaqdır;


Avropa birliyini partiyalardan dəstək almadan tərk etməyəcəyik;