Meyə qarşı istefa təzyiqləri artır

06 May 2019

Beynəlxalq maliyyə bazarlarında dünyada böyük risklərə səbəb olan Breksitin həllinə dair bu həftə baş tutacaq yeni müzakirələr diqqət mərkəzində.

Meyə qarşı istefa təzyiqləri artır

İngiltərənin baş naziri Tereza Meyə qarşı partiyası tərəfindən istefa tələbləri getdikcə artır. Partiya komitəsi tərəfindən "BBC"-yə verilən açıqlamaya əsasən, baş nazir səlahiyyətlərini təhvil verməsi ilə bağlı dəqiq plan təqdim etməlidir. 


Mey tərəfindən Avropa birliyi ilə razılaşdırılan Breksit sazişi Böyük Britaniya parlamenti tərəfindən artıq üç dəfə qəbul olunmayıb. Baş nazir isə öz növbəsində sazişin qəbul olunacağı təqdirdə istefa verəcəyini təklif edib. Lakin sazişin qəbul olunmayacağı təqdirdə nələrin baş verəcəyi ilə bağlı danışmayıb. 


Mühafizakarlarla ən böyük müxalif partiya "Labour" ilə Breksit böhranından çıxmağın yolları mövzusunda danışıqların bu həftənin çərşənbə axşamı davam edəcəyi gözlənilir. Lakin bu gün görüşə dair dəqiq açıqlama verilməyib. 


Qeyd etmək lazımdır ki, İngiltərə AB-ni mart ayının sonunda tərk etməli idi. Breksit müzakirələrin uzanması səbəbilə Mey və AB dövlətləri bu tarixi ərtələdilər. Yeni qərara əsasən, Breksit oktyabr ayının 31-inə kimi iki tərəfin razılaşdırdığı qaydada baş tutmalıdır.