Mis korreksiyadan sonra 2.868$-a kimi bahalaşa bilər

08 Fevral 2019

Dünya əmtəə bazarlarında misin qiymətində müşahidə edilən bahalaşma, treyderlər üçün əlavə imkanlar yaradıb və 2.864$-a kimi də bahalaşa bilər.

Mis korreksiyadan sonra 2.868$-a kimi bahalaşa bilər

Misin ("COPPER") qiyməti cari həftə ərzində 2.847$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Asiya sessiyasında 2.810$-da dəstək görən qiymət, hal-hazırda 2.820$-a ticarət edilməkdədir. 


Təhlillərə əsasən, qiymət 2.809$-ı qıraraq, altında qalarsa, 2.797$-a kimi 1200 punkt ucuzlaşa bilər. 


Lakin qiymətin dəstək gördüyü səviyyənin güclü olduğu nəzərə alınarsa, qiymətin 2.847$-ı yuxarı qıraraq, yanvar ayının 3-də əsası qoyulmuş artım dalğasına davam edə biləcəyi proqnozları da güclü olaraq qalır. Bundan sonra mis 2.868$-a kimi dəyər qazana bilər. 


Mis korreksiyadan sonra 2.868$-a kimi bahalaşa bilər