Mis 2.774$-ı yenidən qırarsa, ucuzlaşma dərinləşə bilər

11 Fevral 2019

Dünya əmtəə bazarlarında misin qiymətində müşahidə edilən qlobal bahalaşma dalğası fonunda korreksiya "Ayılar" üçün imkanlar yaradır.

Mis 2.774$-ı yenidən qırarsa, ucuzlaşma dərinləşə bilər

Misin ("COPPER") qiyməti keçən həftə ərzində 2.847$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Asiya sessiyasında 2.774$-da dəstək görən qiymət, hal-hazırda 2.792$-a ticarət edilməkdədir. 


Təhlillərə əsasən, qiymət keçən həftənin müqavimət səviyyəsi (2.847$) altında qaldıqca, ucuzlaşmanın dərinləşə biləcəyi proqnozları daha güclüdür. Lakin bunun üçün qiymət yenidən Asiya sessiyasının dəstək səviyyəsini (2.774$-ı) qırması lazımdır. Bundan sonra misin qiyməti 2.747 və 2.733$-a kimi ucuzlaşa bilər. 


Bu baş vermədiyi təqdirdə, qiymət 2.800$-ın üzərində möhkəmlənməklə, 2.819 və 2.847$-a kimi dəyər qazanmaqda davam edə bilər.