Mis: Qlobal artım dalğası yenidən diqqət mərkəzində

01 Mart 2019

Beynəlxalq birjalarında bahalaşan maliyyə alətləri arasında misin fyuçersləri də investorların diqqətini çəkməkdə və qiymətlər 3.06$-a kimi bahalaşa bilər.

Mis: Qlobal artım dalğası yenidən diqqət mərkəzində

Beynəlxalq əmtəə birjalarında misin qiymətində Avropa sessiyasında müşahidə edilən bahalaşma, qlobal artım dalğası fonunda diqqəti yenidən üzərinə çəkib. 


Misin qiyməti keçən həftə ərzində 2.978$-a kimi 8% bahalaşdıqdan sonra bu həftə cümə gününə kimi korreksiya edib. Bu gün 2.936$-da dəstək görən qiymətin sonuncu müqavimət səviyyəsini qırması ehtimalları artıb. 


Təhlillərə əsasən, misin (COPPER) qiyməti 2.978$-ı yuxarı istiqamətdə qırarsa, qlobal artım dalğası 3.002, 3.022 və 3.063$-a kimi davam edə bilər.