Misdə bahalaşma 2.9$-a kimi davam edə bilər

18 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında hal-hazırda 2.8$-a ticarət edilən misin qiymətində müşahidə edilən bahalaşma, 2.9$-a kimi də davam edə bilər.

Misdə bahalaşma 2.9$-a kimi davam edə bilər

Misin ("COPPER") qiyməti keçən həftə ərzində 2.847$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Lakin keçən həftə qiymət 2.748$-da dəstək görərək, yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, misin qiyməti fevral ayının müqavimət səviyyəsini (2.847$-ı) yuxarı istiqamətdə qırarsa, 2.876 və 2.930$-a kimi dəyər qazana bilər. 


Qeyd etmək lazımdır ki, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından cümə günü ABŞ ilə Çin arasında iki günlük görüş fonunda verilən bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, misin qiymətinə də müsbət təsir edir.