Misdə bahalaşma 3.06$-a kimi davam edə bilər

28 Fevral 2019

Misin 2.930$-ın üzərində ticarət edilməsi, növbət hədəflər üzrə proqnozları gücləndirib və növbəti hədəflər 3.022 və 3.056$-dır.

Misdə bahalaşma 3.06$-a kimi davam edə bilər

Misin qiymətində 2.978$-a kimi bahalaşmadan sonra korreksiya müşahidə edilir. Əmtəə birjalarında misin qiymətinin 2.930$-ı yuxarı istiqamətdə qırması, növbəti artım dalğası üçün əsaslar yaratmışdır. 


Təhlillərə əsasən, hal-hazırda 2.947$-a ticarət edilən misin qiyməti, 2.978$-ı yuxarı istiqamətdə qırarsa, 3.022 və 3.056$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Bununla yanaşı, foreks bazarlarında dolların ucuzlaşma da diqqət mərkəzində saxlanılmalıdır.