Misdə bahalaşma 3.10$-a kimi sürətlənə bilər

29 Mart 2019

Beynəlxalq əmtəə birjalarında misin qiymətində bahalaşmanın sürətlənməsi "Buğaların" diqqət mərkəzində.

Misdə bahalaşma 3.10$-a kimi sürətlənə bilər

Misin qiymətində bahalaşma başlayıb. Maliyyə bazarlarında artıq 2.930$-ın üzərində ticarət edilən mis fyuçerslərində artım dalğasının güclənə biləcəyi proqnozları artıb. 


Avropa sessiyasında dolların qiymətlərində müşahidə edilən ucuzlaşma, burada tendensiyanı daha da gücləndirə bilər. 


Təhlillərə əsasən, misin qiyməti 2.978$-ı yuxarı istiqamətdə qırarsa, 3.022 və 3.102$-a kimi də bahalaşa bilər.