Misdə bahalaşma davam edir

25 Fevral 2019

Misin qiymətində keçən həftə müşahidə edilən bahalaşmanın 2.930$-ın üzərində möhkəmlənməsi ilə nəticələnməsi, növbət hədəflər üzrə proqnozları gücləndirib.

Misdə bahalaşma davam edir

Misin qiymətində bahalaşma davam edir və artıq 2.970$-a təklif edilməkdədir. Əmtəə birjalarında misin qiyməti cümə günü bahalaşaraq,2.930$-ı yuxarı istiqamətdə qırması, bu gün Avropa sessiyasında növbəti artım dalğası üçün əsaslar yaratmışdır. 


Təhlillərə əsasən, misin qiyməti 3.022 və 3.056$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.