Misdə 2.872$ güclü dəstək səviyyəsi hesab edilir

11 Mart 2019

Beynəlxalq əmtəə birjalarında misin qiymətində müşahidə edilən cari bahalaşmanın güclü ola biləcəyi proqnozlaşdırılır.

Misdə 2.872$ güclü dəstək səviyyəsi hesab edilir

Dünya birjalarında misin qiymətində son iki həftədir davam edən korreksiya dəstək gördüyü qiymətlərdə sonuna çatmış ola bilər. 


Fevral ayının 25-də 2.978$-da müqavimətlə rastlaşan misin qiymətləri ucuzlaşmağa başladı. Keçən həftənin cümə gününə kimi ucuzlaşan qiymət, 2.872$-da dəstək görərək bahalaşmağa başlayıb və hal-hazırda 2.890$-ın üzərində ticarət edilməkdədir. Maliyyə bazarlarında isə sonuncu səviyyəsi güclü dəstək səviyyəsi hesab edilir. 


Təhlillərə əsasən, misin fyuçersləri bahalaşaraq, 2.912$-ın üzərində möhkəmlənərsə, 2.938/53 və 2.978$-a kimi də dəyər qazana bilər.