Misin qiyməti 2.847$ müqavimətini qırmaq üzrə

19 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında hal-hazırda 2.8$-a ticarət edilən misin qiymətində müşahidə edilən bahalaşma dalğası, 2.9$-a kimi də davam edə bilər.

Misin qiyməti 2.847$ müqavimətini qırmaq üzrə

Misin ("COPPER") qiyməti keçən həftə ərzində 2.847$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Lakin keçən həftə qiymət 2.748$-da dəstək görərək, yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, misin qiyməti fevral ayının müqavimət səviyyəsini (2.847$-ı) yuxarı istiqamətdə qırarsa, 2.876 və 2.930$-a kimi dəyər qazana bilər. 


Qeyd etmək lazımdır ki, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından bugündən ABŞ ilə Çin arasında Vaşinqtonda başlayan görüş fonunda verilən bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, misin qiymətinə də müsbət təsir edir.