Misin qiyməti son yarım ilin maksimumunda

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, əmtəə birjalarında misin qiymətlərində də bahalaşmaya səbəb olur və ən yaxın hədəf 2.9$-dır.

Misin qiyməti son yarım ilin maksimumunda

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində ucuzlaşma, əmtəə birjalarında mis fyuçerslərinin də bahalaşmasına səbəb olub. Belə ki, misin qiyməti çərşənbə axşamı 2.874$-a kimi dəyər qazanaraq, son yarım ilin maksimum səviyyəsini yeniləyib. 


Təhlillərə əsasən, misin qiyməti fevral ayının dəstək səviyyəsi (2.748$) üzərində qaldıqca, 2.930$-a kimi də dəyər qazana bilər.