Misin qiymətində bahalaşma yenidən güclənib

15 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında misin qiymətində müşahidə edilən bahalaşma, 2.880$-a kimi də davam edə bilər.

Misin qiymətində bahalaşma yenidən güclənib

Misin ("COPPER") qiyməti keçən həftə ərzində 2.847$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Lakin son iki həftədir qiymət 2.747$-da dəstək görərək yenidən bahalaşmağa başlayır. Sonuncu dəfə Amerika sessiyasında 2.748$-a kimi ucuzlaşan qiymət, sözügedən səviyyəni qıra bilməyib, yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, artıq cari həftənin müqavimət səviyyələrini (2.799$) də qıran qiymət, 2.809$-ın üzərində möhkəmlənərsə, 2.847 və 2.880$-a kimi dəyər qazana bilər. 


Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından bugündən başlayan ABŞ ilə Çin arasında iki günlük görüş fonunda veriləcək bəyanatlar da investorların diqqət mərkəzindədir.