Misdə yeni maksimumlar

22 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında misin qiyməti bahalaşmaqda davam edir və 5%-ə kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Misdə yeni maksimumlar

Misin qiymətində bahalaşma davam edir və artıq 2.928$-a təklif edilməkdədir. Əmtəə birjalarında son iki gündür qiymətlərdə ucuzlaşmanın müşahidə olunduğu bir vaxtda, misin qiyməti Avropa sessiyasında artım dalğasını gücləndirərək, maksimumlarını yeniləyib. 


Son zamanlar foreks bazarlarında dolların ucuzlaması, əmtəə birjalarında qiymətlərin bahalaşmasına səbəb olurdu. Son iki gündür isə qiymətlərdə korreksiyaların şahidi oluruq. 


Təhlillərə əsasən, misin qiyməti 2.930$-da güclü müqavimətlə rastlaşa bilər. Lakin uzun müddətli perspektivdə qiymətin 3.022 və 3.056$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Bu istiqamətdə treyderlər qiymətin 2.930$-ın üzərində möhkəmlənməsini gözləyirlər.