Mnugin: Dollar ilə bağlı fikirlərim aydın idi

25 Yanvar 2018

Çərşənbə axşamı ABŞ maliyyə nazirinin açıqlamaları, dolların ucuzlaşmasını sürətləndirdikdən sonra bu gün ondan aydınlığın gətirilməsi istənilib.

Mnugin: Dollar ilə bağlı fikirlərim aydın idi

ABŞ-ın maliyyə naziri  Stiv Mnugin dollar ilə bağlı mübahisəli açıqlamalarını bu gün müdafiə edib. Belə ki, Mnugin cümə axşamı dünya iqtisadi forumunda, Davosda jurnalistlərə bildirib: "Elə bilirəm, dollar ilə bağlı açıqlamam kifayət qədər aydın idi". 

Nazir çərşənbə günü Davosda çıxışı zamanı, ucuz dolların Amerika iqtisadiyyatı üçün yaxşı olduğunu bildirmişdi. Bunun səbəbini xarici ticarətdə üstünlüyün əldə edilməsi ilə əlaqələndirmişdi. Bu gün isə Beynəlxalq Valyuta Fondunun (ing.: "IMF") sədri Kristin Laqarde Mnugini açıqlamasını aydınlaşdırmağa çağırıb: "Düşünürəm ki, maliyyə naziri Mnuginin dediklərini ətraflı izah etmək üçün imkanı olacaqdır". 

Cümə axşamı isə Mnugin açıqlamasına aydınlıq gətirib. Onun fikrincə, qısa müddətli trend likvid bazarın nəticəsi, uzun müddətli trend ABŞ iqtisadiyyatı gücünün əksidir. Lakin dolların qiymətində son 20 illik tendensiyaya toxunmayıb.