Mnugin: Dollar qısa dövrdə ucuzlaşa bilər

31 Yanvar 2018

Amerikanın maliyyə nazirinin dollar ilə bağlı növbəti açıqlaması investorların diqqətini cəlb edib.

Mnugin: Dollar qısa dövrdə ucuzlaşa bilər

ABŞ-ın maliyyə naziri Stiv Mnuginin keçən həftə  dolların ucuzlaşmasına səbəb kimi qiymətləndirilən "ucuz dollar Amerikanın xarici ticarəti və imkanları üçün müsbətdir" açıqlamasına növbəti dəfə şərh verib. Belə ki, o, niyyətinin dolları ucuzlaşdırmaq olmadığını deyib. 

Senatın bank komitəsinin çərşənbə günü keçirdiyi tədbirdə, Mnugin Davosda etdiyi açıqlamasını bir daha müdafiə edərək, qısa müddətli perspektiv üçün danışdığını bildirib: "Açıq danışacağam. Uzun perspektivdə ölkəmizə ən böyük fayda təmin edəcək güclü dolları tamamilə dəstəkləyirəm. Lakin dolların qısa dövrdə ucuzlaşmasından da narahat deyilik və müdaxilə etmədiyimiz azad bir valyuta bazarımız var".

Bununla yanaşı, nazir mətbuatın "ucuz dollar" ilə bağlı fikirlərə yalnız bir perspektivdən yanaşdığını və bunu qabartdığını da əlavə edib. 

Qeyd etmək lazımdır ki, keçən həftənin çərşənbə günü Stiv Mnuginin Davosda dollar ilə bağlı fikirləri dünya maliyyə bazarlarında güclü dalğalanmalara və dolların təqribən orta hesabla 2% ucuzlaşmasına səbəb olmuşdu. Bu səbəblə o, cümə axşamı yaranmış sorğular fonunda yenidən danışaraq mövqeyinə aydınlıq gətirdi. Belə ki, o, cümə axşamı mətbuata danışaraq, qısa müddətli trendin likvid bazarın nəticəsi, uzun müddətli trendin isə ABŞ iqtisadiyyatının gücünü əks etdirdiyini əlavə etdi.