“Moody's” 11 Türk Şirkətinin kredit reytinqini azaldıb

20 İyun 2019

Beynəlxalq reytinq üzrə dərəcələndirmə qurumu son bir həftədə Türkiyə haqqında açıqladığı üçüncü hesabatda 11 Türk şirkətinin kredit reytinqini saldı.

“Moody's” 11 Türk Şirkətinin kredit reytinqini azaldıb

“Moody's” tərəfindən verilən açıqlamada şirkətlərinin reytinqinin endirilməsinin Türkiyənin reytinqinin salınmasıyla birbaşa əlaqəli olduğu ifadə edildi.


Yazılı açıqlamada “Bir çox şirkətin ehtiyatlı maliyyə siyasəti, sağlam balans və xarici valyuta gəlirləri olan güclü biznes profili var. Bu, şirkətlərin kredit göstəricilərinin yüksək qiymətlərinə işarə edir. Ancaq şirkətlərin qeydləri, xarici pul tipli dövriyyəsi məhdudlaşdırılır, çünki bu şirkətlər Türkiyənin siyasəti, hüququ, maliyyəsi və qanunvericiliyi ilə birbaşa əlaqəlidir” ifadələrinə yer verilib.


Açıqlamada ölkədəki risklərdən biri olaraq hökumətin valyuta ehtiyatlarının qorunması üçün şirkətlərin xarici valyuta ehtiyatlarına çıxışını məhdudlaşdıracağını bildirib.


“Moody’s” açıqlamasında 7 şirkətə aid kredit reytinqini “B1”-ə endirdiyini və vəziyyətlərinin “neqativ” saxlanıldığını bildirdi.


Xatırladaq ki, “Moody 's” 14 iyunda Türkiyənin Makro Profilini "Zəyif"-dən "Çox Zəif"-ə kimi endirmiş, dünənki açıqlamasında isə 18 Türk bankının kredit reytinqini azaltmışdı.