“Moody's” 18 Türk bankının reytinqini aşağı saldı

19 İyun 2019

“Moody’s Investors Service”, Türkiyənin 18 bankının kredit reytinqini endirdiyini açıqladı.

“Moody's” 18 Türk bankının reytinqini aşağı saldı

Kredit dərəcələndirmə qurumu 14 iyunda Türkiyənin kredit reytinqini “Ba3”-dən “B1”-ə endirməsi və görünüşü neqativdə saxlamasının ardından 18 bankın TL-də olan uzun müddətli depozitlər reytinqi ilə TL və valyutada olan təminatsız və ixrac yönümlü reytinqini də bir pillə azaltdı.


16 bankın “tək başına ayaqda qala bilmə” dərəcəli kredit qiymətləndirməsi (BCA) bir dəfə, qalan iki bankın isə iki dəfə azaldıldı.


Moody’s “Akbank”, “Şekerbank”, “Garanti Bankası”, “Vakıflar Bankı” olmaqla beş Türk bankının “İpoteka təminatlı qiymətli kağızlar” (İTMK) reytinqini də endirdi.


Bundan sonra USDTRY cütlüyündə qiymətlər 5.83 hədlərindən 5.91-ə qədər bahalaşdı. Hazırda 5.87 hədlərində ticarəti aparılan cütlükdə qiymətlər bu həddə möhkəmlənməyi bacararsa, 6,22 müqavimət həddinə doğru mərhələli olaraq 6,0-6,09 səviyyələrinə qədər bahalaşma davam edə bilər. 5,87 altında isə mərhələli olaraq 5,75-5,64 səviyyələri ən yaxın dəstək hədləri kimi çıxış edir.