Nadir görüş: Tramp ilə Povel iqtisadiyyatı danışdılar

05 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidenti ilə FED sədri Jerom Povelin Ağ Evdə görüşü investorların müzakirə predmetinə çevrilib.

Nadir görüş: Tramp ilə Povel iqtisadiyyatı danışdılar

ABŞ prezindeti Donald Tramp və Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel ABŞ-daki iqtisadi vəziyyəti müzakirə etmık üçün görüşüblər. 


Jerom Povelin açıqlamalarına əsasən, görüşdə onun gözləntiləri haqqında danışılmayıb və danışılanlar FED-in sonuncu toplantısına dair verilən açıqlamalara uyğun olub. Keçən həftənin çərşənbə günü FED maliyyə bazarlarında təəccüb doğuran açıqlamalar vermişdi. Amerikanın birinci bankı açıqlamaları ilə siyasətin dəyişə biləcəyinə dair siqnallara səbəb olmuşdu. Belə ki, bankın faiz qərarından sonra baş tutan mətbuat konfransında faizlərin mərhələli şəkildə artırılacağına toxunulmadı və daha çox "səbrli" olmaqdan danışıldı.


Prezident ilə bank sədrləri arasında bundan öncə də görüşlər olmuşdu, lakin bu, nadir hadisədir. Son zamanlar maliyyə bazarlarında FED-in müstəqilliyi fonunda da narahatlıqlar artmışdı. Bu isə prezidentin FED-in sərt siyasəti ilə bağlı tənqid etməsi ilə yaranmağa başladı və Donald Trampın tvitter statusları birbaşa Jerom Povelə yönəlmişdi. 


Bununla yanaşı, FED görüşün prezidentin dəvəti əsasında baş tutduğunu əlavə edib və görüş bir saat yarım davam edib.