"NBoC": AMB avroya kömək edə bilməyəcək

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətinə təsir edən fundamental amillər və açıqlamalar investorların diqqət mərkəzindədir.

"NBoC": AMB avroya kömək edə bilməyəcək

Kanadanın milli bankı (ing.: "NBoC") analitikləri hesab edirlər ki, avronun bu il ucuzlaşması zəif fundamental göstəricilər ilə əlaqdardır.


Avropa Mərkəzi Bankı (AMB) bu həftə verəcəyi açıqlamalarında ÜDM və inflyasiyaya dair proqnozlarını aşağı salarsa, avronun heç bir dəstəyi qalmayacaqdır. 


Bununla yanaşı, "NBoC" ticarətin pozulmasının da avroya olan təzyiqləri artıra biləcəyini əlavə edib. Razılaşdırılmamış Breksit və ABŞ-ın Avropa məhsullarına rüsumlarını artıracağı riskləri qalmaqdadır və bu səbəbdən bank EUR/USD məzənnəsi üzrə hədəflərini aşağı salıb.