Nəfs və Ağıl: Tarix təkrarlana bilər

24 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın səhm bazarlarında fond indekslərin bahalaşması, investorların diqqət mərkəzindədir.

Nəfs və Ağıl: Tarix təkrarlana bilər

"BlackRock" sədri Lerri Fink bir neçə gün əvvəl bazarlar haqqında danışarkən, bazarların böhrana ("Crash") doğru deyil, əksinə "Melt-Up", yəni idarə olunmaz və sürətli artıma doğru inkişaf etdiyini bildirib. Bunun səbəbini isə Fink böyük həcmdə pulların qrağda qalması ilə əlaqələndirir. 


"Melt-Up" zamanı bazarda risk iştahı və nikbinlik fundamental göstəricilər ilə üst-üstə düşmür və üzərində olur. Burada bazarın dinamikasından geri qalmamaq üçün qorxu-panik əsaslı alışlardan söhbət gedir. "Melt-Up"-dan sonra isə "Melt-Down" və ya "Crash" gəlir. 


Qeyd etmək lazımdır ki, son günlər ilin əvvəlindən etibarən bahalaşan Amerikanın "S&P500" indeksi, yuxarıya doğru dinamikasını daha da sürətləndirib. Beynəlxalq fond bazarlarında "S&P500" indeksi hal-hazırda 2932.4 punkta ticarət olunmaqdadır.