Neft FED-in qərarı öncəsi bahalaşır

31 İyul 2019

İranın neft ixracının azalması və FED-in faiz azaldılması ehtimalları enerji birjalarında neft qiymətlərinin bahalaşmasına səbəb olub.

Neft FED-in qərarı öncəsi bahalaşır

İranın neft ixracının azalması və bu gün Amerika mərkəzi bankın (FED) 0.25%-lik faiz azaldılması ehtimalları enerji birjalarında neft qiymətlərinin bahalaşmasına səbəb olub. 

Buna baxmayaraq, qiymətlər həftəsonu öncəsi yenidən köhnə qiymətlərinə qayıda bilər, çünki ABŞ-da tələbin azalması ehtimalları da az təsirli olmayacaq. 

Amerikanın Qərbi Texas nefti çərşənbə axşamı 58.05$, Londondan ticarəti aparılan Avropanın Brent neftinin bir barel qiyməti isə 64.72$-a kimi 2% dəyər qazanıb. 

İranın günlük neft ixracı iyul ayında 100 000 barel azalıb. Buna səbəb isə Amerikanın tətbiq etdiyi sanksiyalar və ABŞ və İngiltərə ilə münasibətlərin gərginləşməsidir. 

Beləliklə, Neft ixrac edən ölkələr birliyinin (ing.: "OPEC") üzvünün ixracının azalması, enerji bazarlarında təklifin azaldılması məqsədilə hasilatın məhdudlaşdırılması tətbirinin təsiri daha da arta bilər. 

FED-in uçot faiz dərəcəsini sabahki açıqlamasında 0.25% azalda biləcəyi ehtimalları bu ay xammal səhmlərinə təsir etməkıə neft qiymətlərinə də dəstək olub. 

FED-in monetar siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") çərşənbə günü maliyyə böhranından sonra ilk dəfə faiz azaldılmasına gedəcəyi ehtimalları yüksəkdir. Əksər analitiklər üçün isə 0.25%-lik azaldılma dəqiq gözləntidir. 

Neft qiymətləri iki aydır ucuzlaşmaqla üçüncü ayı da tamamlamış olsa da aşağı faiz proqnozları iyul ayında qiymətlərə dəstək olub. 

Maliyyə bazarlarında FED-in faiz azaldılmasına gedəcəyi təqdirdə, başqa mərkəzi banklar üçün imkanlar genişlənəcəkdir. Bu da cari neft qiymətləri üçün əsas sayılır. Yaponiya və Avropa mərkəzi bankları keçən həftələr ərzində əlavə siqnallar verməsələr də əlavə tədbirlərin mümkünlüyü haqqında danışıblar. Bununla yanaşı, Çin mərkəzi bankı da təsirli qərar verməklə, risk iştahını artıra bilər. 

ABŞ ilə Çin arasında danışıqların bərpası da müsbət qiymətləndirilir. Maliyyə bazarlarında ən pis vəziyyətə hazırlaşmaqla bərabər ümidin itməməsi hərcür razılığ müsbət qiymətləndirilir. 

ABŞ maliyyə naziri Stiv Mnuçin və ticarət müşaviri Robert Laythayzer çinli həmkarları ilə müzakirələri davam etdirmək üçün Şanxaydadırlar. Böyük nailiyyətin əldə edilməsi isə az ehtimal edilir. Çərşənbə axşamı Amerika prezidenti Donald Trampın tvitter hesabında paylaşdıqları isə iki ölkə arasında sazişin son aylar düşünüldüyündən daha uzaqda olmasını düşünməyə əsas verir. 

Belə bir müsbət əhvalın hökm sürdüyü bir şəraitdə isə neftin qiymətlərində qazanılanların həftəsonu öncəsi yenidən itiriləcəyi narahtlığı da mövcuddur, çünki tələbin azalacağı ehtimalı da qalmaqdadır. 

İran böhranı isə bazarları yarıya bölən zərbə oldu. İrana qarşı sanksiyalar qiymətləri bahalaşdırsa da həftənin başlaması ilə Tehranın İngiltərə, Almaniya, Fransa, Rusiya və Çini nüvə danışıqlarına dəvət etməsi, qiymətlərə yenidən təzyiq oldu. 

Geosiyasi gərginliklər daha da azalarsa və ya İran Amerika höküməti ilə sanksiyaların ləğv edilməsi üçün yeni nüvə sazişi imzalamağa nail olarsa, enerji bazarlarında günlük neft hasilatı 2 milyon barelə kimi arta bilər. Bu, bazarlarda neft təklifini yenidən artıra bilər. 

Siyasi proseslərdən başqa, Amerikanın neft və benzin ehtiyatlarındaki həftəlik dəyişiklik də investorların diqqət mərkəzindədir. 

Bazarlarda neft ehtiyatının 2.6 milyon barel azalması proqnozlaşdırılır. Keçən həftə bu göstərici 10.8 milyon barel idi.