Neft hasilatının artırılması və neft qiymətləri

21 İyun 2018

Dünya iqtisadiyyatında dayanıqlığın təmin olunması məqsədilə bahalaşan neft qiymətlərinə nəzarətin artırılması üçün hasilat limiti yumşaldıla bilər.

Neft hasilatının artırılması və neft qiymətləri

Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") cümə və şənbə günləri Vyanada baş tutacaq rəsmi toplantısı öncəsi maliyyə bazarlarında neft ixrac edən ölkələrin ixracın artırılması qərarını veriləkləri gözlənilir. Bununla da neft qiymətləri ucuzlaşa və ya bundan çox bahalaşmaya bilər. Lakin "OPEC" daxilində qərara qarşı olanlar da mövcuddur. 


Məlumatlara əsasən, bugünə kimi hasilat səviyyəsinin əlavə olaraq 300 000 ilə 1 500 000 barel arası artırılması müzakirə edilib. Hətta artımın 1 milyopndan çox olacağı gözləntiləri çox azdır. Səudiyyə Ərəbistanı və birliyə daxil olmayan Rusiya hasilatın artırılmasının tərəfdarıdırlar. 


Rusiya 2018-ci ilin üçüncü rübündən etibarən günlük hasilatın 1.5 milyon barelə çatdırılmasını, Səudiyyə Ərəbistanı isə neft qiymətlərinin çox yüksək olmasının dünya iqtisadiyyatına mənfi təsir etdiyini müdafiə edir. Balansın təmin edilməsi çox önəmlidir və hasilat limitinin artırılması neft ixrac edən ölkələrə də gəlirlərinin artmasına təsir edəcəkdir. 


2017-ci ilin yanvar ayından etibarən "OPEC" ilə "OPEC+" razılaşması fonunda ittifaqa girən neft ixracı ölkələrində gündəlik neft hasilatı 1.8, "OPEC" ölkələrində isə 1.2 milyon barelə kimi azaldılmışdır. Bununla da ittifaq 2017-ci ilin yanvar ayından gündəlik olaraq 32.5 milyon bareldən çox neft istehsal etmir və bundan sonra neft qiymətləri sürətlə bahalaşmağa başlamışdır. 


Venesuella və İranın iqtisadiyyatları neft gəlirlərindən çox asılı olduğu üçün yüksək neft qiymətlərinin tərəfdarıdırlar. Omanın da neft naziri "OPEC"-i tələsməməyə çağırıb: "Bizim iqtisadiyyatımız neftdən asılıdır. Yüksək qiymətin tərəfdarı olmasaq da, aşağı qiymət də istəmirik".