Neft hasilatının azalması xəbəri və Neftdə bahalaşma

12 Fevral 2019

Beynəlxalq enerji bazarlarında "OPEC"-ın hasilatla bağlı hesabatının açıqlanmasından sonra neft qiymətlərində bahalaşma olub.

Neft hasilatının azalması xəbəri və Neftdə bahalaşma

Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") açıqlamasına görə, gündəlik neft hasilatı dekabr ayına nisbətən yanvar ayında 797 min barel azalaraq, 30 milyon 810 barrel olub.


Hasilatın azalması, "OPEC"-ə üzv olmayan neft ölkələrində də müşahidə olunub. "OPEC" üzvü olmayan ölkələrdə yanvar ayında gündəlik hasilatı 230 min barel azalıb. 


Açıqlamanın ardınca neft qiymətləri sürətlə bahalaşmağa başlayıb. Maliyyə bazarlarında neftin uzun müddətli proqnozları 66 dollara çatır.