Neft məhsullarına tələb 0.4% artıb

12 Sentyabr 2019

Beynəlxalq enerji birjalarında Amerikanın neft bazarına dair dərc edilən həftəlik hesabat investorların diqqət mərkəzindədir.

Neft məhsullarına tələb 0.4% artıb

Amerikanın Enerji İnformasiya Agentliyinin (ing.: "EIA") həftəlik açıqladığı göstəriciyə əsasən, ABŞ-da xam neft ehtiyatları keçən həftə ərzində 6.9 milyon barel azalmışdır. Mütəxəssislər isə yalnız 2.6 milyon barellik azalma proqnozlaşdırırdılar. 

Təşkilat açıqlamasında neft emal zavodlarının keçən həftə 95.1%-lik gücü ilə işləyib. Belə ki, günlük benzin istehsalı keçən həftə ərzində 10.4 milyon barelə yüksəlib. 

Bununla yanaşı, destillə yanacağının günlük istehsalında da artım 5.3 milyon barelə çatıb. 

Beləliklə, keçən həftə ərzində istehsal olunan ümumi məhsulların həcmi günlük olaraq 21.6 milyon barelə çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.4% çoxdur.