"OPEC" neft istehsalının artırılmasını razılaşdırdı

22 İyun 2018

"OPEC" ilə "OPEC+" razılaşması fonunda ittifaqa girən digər neft ölkələrində gündəlik neft hasilatınn bir milyona kimi artırılması qərarı gözlənilir.

"OPEC" neft istehsalının artırılmasını razılaşdırdı

Neft İxrac Edən Ölkələr Birliyi (ing.: "OPEC") üzvləri tərəfindən cümə günü verilən məlumatlara əsasən, istehsal həcminin artırılması qərarı verilib. Qərar özündə gündəlik hasilat səviyyəsinin bir milyon barelə kimi artırılmasını nəzərdə tutur. Təşkilatın Vyana şəhərində baş tutan 174-cü rəsmi toplantısı davam etməkdədir. 


2017-ci ilin yanvar ayından etibarən "OPEC" ilə "OPEC+" razılaşması fonunda ittifaqa girən neft ixracı ölkələrində gündəlik neft hasilatı 1.8, "OPEC" ölkələrində isə 1.2 milyon barelə kimi azaldılmışdır. Bununla da ittifaq 2017-ci ilin yanvar ayından gündəlik olaraq 32.5 milyon bareldən çox neft istehsal etmir və bundan sonra neft qiymətləri sürətlə bahalaşmağa başlamışdır. 


Beləliklə, gündəlik neft istehsalının 1 milyona yaxın artırılması qərarı rəsmi olaraq açıqlanarsa, bu, neft qiymətlərinin ya ucuzlaşmasına və ya bundan artıq bahalaşmamasına səbəb ola bilər.