Neft qiymətləri 7%-ə kimi ucuzlaşdı: Brent 64$

31 May 2019

Beynəlxaqlq maliyyə bazarlarında neft qiymətlərində müşahidə edilən ucuzlaşma və səbəbləri investorların diqqət mərkəzindədir.

Neft qiymətləri 7%-ə kimi ucuzlaşdı: Brent 64$

Beynəlxalq enerji birjalarında neft qiymətləri dünyada ticarət münasibətlərin daha da pozulması riskləri fonunda ucuzlaşıb. 


ABŞ ilə Çin arasında böhranın növbəti gərgin mərhələyə keçməsi və cümə axşamı ABŞ-ın qeyri-qanuni miqrantların qarşısını almaq məqsədilə Meksikaya qarşı rüsumların artırılması qərarı qlobal iqtisadiyyatın daha da zəifləyə biləcəyinə işarədir. Bu, enerji birjalarında neftə olan tələbin də azalmasına təsir edir. 


Amerika sessiyasında Avropanın Brent neftinin bir barel qiyməti 66.29$-a kimi 4% ucuzlaşdıqdan sonra Asiya sessiyasında əlavə olaraq 64.44$-a kimi 3% də ucuzlaşıb.