Neft qiymətləri təzyiq altında

27 Sentyabr 2019

ABŞ-da xam neft ehtiyatlarının artımı və Səudiyyə Ərəbistanın artıq neft hasilatını tam olaraq bərpa etməsi nefti ucuzlaşdırıb.

Neft qiymətləri təzyiq altında

Beynəlxalq enerji bazarlarında həftənin çərşənbə günü ABŞ-da xam neft və digər yanacaq ehtiyatlarının artım ilə dərc olunması, neft qiymətlərinin ucuzlaşmasına səbəb oldu, lakin nəzərə almaq lazımdır ki, neft qiymətləri Səudiyyə Ərəbistanında neft zavodlarına olunan hücumlardan öncəki qiymətlərə qayıdıblar və iki gün öncə Səudiyyə Ərəbistanında neft şirkətlərindən biri bəyan etdi ki, Səudiyyə Ərəbistanı artıq neft hasilatını tam olaraq bərpa edib, bu xəbərdən sonra neft qiymətləri bir qədər də təzyiq altında qalaraq ucuzlaşdı. 

Brent marklı neftin qiyməti 61.20$, VTİ/Texas markalı neft qiyməti 55.40$ səviyyələrini qırıb, altında qalarsa, qiymətlərdə eniş trendinin davam edə biləcəyi gözlənilir.