Neft qiymətlərində bahalaşma müşahidə olunmaqdadı

30 Yanvar 2019

Avropanın Brent markalı neft bazar ertəsindən etibarən artım trendinə başlayaraq, 59.46$ səviyyəsindən 61.80$ səviyyəsinədək bahalaşıb.

Neft qiymətlərində bahalaşma müşahidə olunmaqdadı

Bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-dan neft ehtiyatları statistik göstəricisi dərc olunacaq. ABŞ-da neft ehtiyatlarının artım ehtimallarına baxmayaraq, neft qiymətlərində də artım müşahidə olunur.


Brent markalı neft (OILUK) bazar ertəsindən etibarən artım trendinə başlayaraq, 59.46$ səviyyəsindən 61.80$ səviyyəsinədək bahalaşıb.


Bu gün ABŞ-da neft ehtiyatlarında artım olarsa, texniki analiz etdikdə, Brent markalı (OiLUK) neftin qiyməti 58.90$ səviyyəsinədək ucuzlaşa bilər. Əks təqdirdə isə neft ehtiyatlarında azalma müşahidə olunarsa, qiymət yuxarı istiqamətdə 63.05$ səviyyəsini yenidən test edə bilər.